Uşaqlar sabahın deyil, bu günün insanlarıdır

14.08.2024

Yanuş Korçak, bütün həyatını uşaqlara həsr etmişdi. O qeyd edir ki, "uşaqlar sabahın deyil, bu günün insanlarıdır onlara səlahiyyət verilməli, ciddi qəbul edilməli, hörmət və qayğı ilə yanaşılmalıdır. Onlar hisslərdə bizdən qat-qat üstündürlər, düşüncədə bizimlə bərabərdirlər, tək odur ki, həyati təcrübələri yoxdur”. Korçak onların hüquqlarını qorumaq, hüquqlarını qoruduğu zaman isə onları tam səlahiyyətli və hüququn subyekti kimi görmüşdür. Uşaqlara o qədər çox dəyər verirdi ki, 1942-ci ildə himayə etdiyi 200 yetim yəhudi uşağı ilə birlikdə Treblinka düşərgəsində məhv edildi. Onun uşaqlara yanaşma tərzi, vaxt ötdükcə bir çox sahədə təməl prinsiplər kimi formalaşdı. Məhz uşaq hüquqları haqqındada Birləşmiş Millətlər Təşkilatının (BMT) qəbul etdiyi konvensiyaya da öz töhfəsini verdi. 

1989-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş “Uşaq Hüquqları Konvensiyası” uşaqlara münasibəti və onlara qarşı düşüncə tərzini dəyişdi. Məhz elə Gürcüstan qanuvericilik bazasında daxil olan “Uşaq hüquqları məcəlləsi” də qeyd olunan konvensiyanın müsbət təsir və öhtəliklərindən biridir.

Uşaq hüquqları istiqamətində müsbət addımların atılmasına və bir çox uğurlu naliyyətlər əldə edilməsinə baxmayaraq, bu gün də bir çox sistemli problemlərlə üz-üzə dayanırıq. Təbii ki, bunların hamısını bu kiçik yazıda cəmləşdirmək qeyri-realdır, ancaq əsas “şəkil” ondan ibarətdir ki, uşaqlara və onların hüquqlarına yanaşma tərzi, uşaqları prosseslərin kənarında qoyur. 

Baxmayaraq ki, Gürcüstan qanunvericiliyi və elə də beynəlxalaq standartlar əksini tələb edir, uşaqlar, onlarla bağlı gedən prosseslərin təməl fokusu ola bilmirlər və çox vaxt onlar, sadəcə müdafiyyə obyekti kimi təsəvvür edilirlər. Bununla bağlı Gürcüstan ali məhkəməsi də dəfələrlə qeyd edib ki, məhkəmə üçün başlanğıc prinsip uşağı müdafiə obyekti hesab etmək deyil, onun hüquqlarını subyekt kimi tanımaq və qorumaqdır. Qeyd olunan məsələ uşağın hüquq və maraqları ilə bağlı hər bir işə baxılması və fərdi qiymətləndirilməsi zamanı xüsusi əhəmiyyət kəsb edir. Ancaq məhkəmə təcrübəsi də onu göstərir ki, valideyinlər də çox vaxt uşaqları müdafiə obyekti kimi görürlər. Bu gedişat isə sonda yenə məhz elə uşaqların maraqlarnını taptalayır.

Qanunvericilik uşaqların hüquqlarını qorumaq üçün bir çox istiqamətdə, hərtərəfli mexanizimlər təklif edir. Ancaq bunlar çox vaxt qeyri effektiv və real həyata keçirilməsi bir çox faktorlardan aslı hala gəlir. Praktikada aliment mövzusu xüsusən problemlidir. Qanunvericilik ilk etapda valideyinlərə zəmin yaradır ki, uşaqlar üçün ödənəcək alimentin məbləğinə özləri razılaşsın. Bu yanaşma da məhz elə uşaqları hüququn tamhüquqlu subyetkti olaraq görülməli olduğu nökteinəzərindən irəli gəlir. Bir növ valideyinlərə müraciyyət edir ki, o (uşaq) tamhüquqlu, səlahiyyətli şəxsdir və siz valideyn olaraq onun ehtiyacını qarşılamaq üçün öz şəxsi maraqlarınıza yox deyə bilərsiniz. Yəni aliment nə ana, nədə ki ata üçün, bir sözlə valideyinlər üçün ödənilmir/təyin edilmir. O uşaqların ehdiyaclarını təmin etmək üçün uşağın xeyrinə təyin edilir. Valideynlər alimentin məbləği ilə bağlı razılığa gələ bilmirlərsə, o zaman mübahisəni məhkəmə həll edir. Alimentin məbləği uşağın normal saxlanması və tərbiyəsi üçün zəruri olan tələblər çərçivəsində ağlabatan, ədalətli qiymətləndirmə əsasında məhkəmə tərəfindən müəyyən edilir. 

Ancaq burada da sistemli boşluqlar özünü büruzə verir. Məhkəmə tərfindən aliment təyin olunsa da, valideyin onu ödəmədiyi təqdirdə, əgər valideyinin rəsmi gəliri, adında mülkü və.s yoxdursa, məhkəmə qərarı təəssüf ki, reallaşdırıla bilmir. Məcburi icra prossesin başladılması da real olaraq, uşaq üçün bir şey dəyişmir. 

Qeyd olunan problem etnik azlıqlar üçün xüsusi ilə problemlidir. Çünki etnik azlıqların sosial-iqtisadi vəziyyəti, ümümgürcüstanla müqayisədə daha aşağıdır. Etnik azlıqlar sosial və iqtisadi cəhətdən Gürcüstanda ən həssas qruplardan biridir ki, bu da bu qrupların sistematik şəkildə təcrid edilməsi ilə bağlıdır. Eyni zamanda işsizlik etnik azlıqlarda daha yüksəkdir. Statistikalara əsasən etnik azlıqlar üçün hesablanmış işsizlik səviyyəsi (12,9%) Gürcüstanın yetkin əhalisi üçün hesablanmış işsizlik səviyyəsindən yüksəkdir (9,8%). Baxmayaraq ki, etnik azlıqların nümayəndələri iş axtarma prossesində ölkənin tipik sakinlərinə nisbətən daha fəal iştirak edirlər, etnik azlıqların nümayəndələri üçün iş tapmaq çətindir. Lakin bu göstərici realda daha yüksəkdir, çünki beynəlxalq standarta əsasən, özünüməşğulluqla məşğul olanlar işlə təmin olunmuş sayılırlar və işsizlər sırasına daxil edilmirlər. Bu isə Gürcüstanda işlə təmin olunanların yarısını (2018-ci ildə 48%) təşkil edir. 

Bütün bunları nəzərə alaraq, uşaq hüquqları istiqamətində bir çox mövzuları sadəcə hüquqi kontekstdə müzakirə etmək müsbət nəticə vermir və real şəkildən bizi uzaqlaşdırır. Bir çox problemlərin, xüsusən də uşaq hüquqları istiqamətində, problemlərin təməlində sosial-iqtisadi aspektlər dayanır. Qeyd olunan sosial-iqtisadi aspektlər isə etnik azlıqlar üçün sistemli diskriminasiyanın, həmin qrupların sistematik şəkildə təcrid edilməsinin ən bariz olduğu sahələrin başında gəlir.
Gürcüstan reallığında etnik azlıqların sosial-iqtisadi tədrici, sistemdəki təməl boşluqlar etnik azlıq nümayəndəsi uşaqların da iki qat tədricinə gətirib çıxarır və real olaraq onların hüquqlarının təminatı sistemli tədricin parçasına çevrilir.

Ayhan Həsənli